Azərbaycanın bank sektoru bu il 210 milyon manata yaxın xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru bu il 210 milyon manata yaxın xalis mənfəət əldə edib

BANK
400

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 209,8 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,75 % çoxdur.

2 ay ərzində bankların əməliyyat gəlirləri 911,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 25,3 % çox), əməliyyat xərcləri 600,3 milyon manat (29,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 54,6 milyon manat (13,5 % az), digər gəlirləri 1,6 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 48,1 milyon manat (8,8 % çox) təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektoru bu il 210 milyon manata yaxın xalis mənfəət əldə edib — Fins.az — Fins.az