Azərbaycanın 3-cü rübdə məcmu kapitalını 52 mln manat ARTIRAN BANKI

Azərbaycanın 3-cü rübdə məcmu kapitalını 52 mln manat ARTIRAN BANKI

BANK
3,106

Kapital Bank-ın aktivləri 1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat təşkil edib ki, bu da  2020-ci ilin ikinci rübünə nisbətən 0,1 milyard manat çoxdur.

Fins.az xəbər verir ki, bankın 3-cü rübünün nəticələrinə görə, müştərilərə verilən kreditlərin həcmi ötən rübə nisbətən dəyişməyərək  2,2 milyard manat təşkil edib.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2020-ci il tarixinə 3,7 milyard manat olub ki, bu da ötən rüblə müqaisədə 0.1 milyard manat azdır.

Bankın 1 oktyabr 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat təşkil edib. Bu göstərici,2020-ci ilin 2-ci rübü ilə müqaisədə 52 milyon manat çoxdur.

Bankın adi və imtiyazlı səhmləri 245 milyon manat təşkil edir ki, ötən rübə nisbətən 20 milyon manat  çoxdur.

Bankın hesabatına görə ötən rübə nisbətən Kapital Bank-ın əlavə 1 şöbə açıb ki, bununla da bankın  ölkə ərazisində 102 filialı və 18 şöbəsi müştərilərə  xidmət göstərir.

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın 3-cü rübdə məcmu kapitalını 52 mln manat ARTIRAN BANKI — Fins.az — Fins.az