
Azərbaycanda pul kütləsi artıb
2026-cı il mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 50,2 milyard manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 188,7 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 3 milyard manat və ya 6,3% artım deməkdir.
Məlumata əsasən, manatla pul kütləsi (M2 aqreqatı) 40,5 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 479,9 milyon manat və ya 1,2%, illik müqayisədə isə 5 milyard manat və ya 14,2% artıb.
Əməliyyatlar üçün pul kütləsini əks etdirən M1 aqreqatı 31,555 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 61,7 milyon manat və ya 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,5 milyard manat və ya 12,4% artım deməkdir.
Bank sistemindən kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18,332 milyard manat olub. Göstərici aylıq müqayisədə 30,9 milyon manat və ya 0,2% azalsa da, illik müqayisədə 2,3 milyard manat və ya 14,2% artım nümayiş etdirib.
Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 1 may 2026-cı il tarixinə pul bazarının əsas parametrlərində artım tendensiyası müşahidə olunur.