Azərbaycandan Omana birbaşa investisiyalar artıb

Azərbaycandan Omana birbaşa investisiyalar artıb

BANK
256

2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa yatırımlar 14,064 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 13,893 milyon dollar və ya 82,2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycanın ümumi birbaşa investisiyaları arasında Omana yönələn pay 0,6% təşkil edib. 2024-cü ildə isə bu rəqəm cəmi 171 min ABŞ dolları idi.

Eyni zamanda, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Hesabat ilində Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub. Bu göstərici 2024-cü ilə müqayisədə 765,4 milyon dollar və ya 43,4% artımı göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Omana birbaşa investisiyalar artıb — Fins.az — Fins.az