Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb

BANK
479

Qeyd olunub ki, ötən ilin ilk üç ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 4,6 milyon dollar olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 3,6 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 44% çoxdur. Belə ki, ötən ilin yanvar-mart ayları ərzində Gürcüstandan Azərbaycana 2,5 milyon dollar dəyərində pul köçürülüb.

Təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana 2,38 milyon dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötə  ilin eyni ayı ilə müqayisədə 45,4% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 1,89%-nə bərabərdir.

Mart ayında Gürcüstandan Azərbaycana pulköçürmələr 1,1 milyon dollar təşkil edib.

Cari ilin mart ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 125,9 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 9% və ya 12,5 milyon dollar azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb — Fins.az — Fins.az