Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44% artıb

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44% artıb

BANK
302

Fins.az - 2025-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,738 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 6,3 milyon dollar və ya 43,8% artım deməkdir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində BƏƏ-nin payı 4,1% olub.

Eyni dövrdə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 42,127 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 10,4 milyon dollar və ya 33% artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində BƏƏ-nin payı 3,6% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin ümumi pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları, xarici ölkələrdən Azərbaycana pul köçürmələri isə 1,177 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% azalma və 8,7% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44% artıb — Fins.az — Fins.az