
Azərbaycanda xırda ödənişlər üzrə əməliyyatların həcmi açıqlanıb
2026-cı ilin mart ayında Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılmış əməliyyatların həcmi 3,934 milyard manat, əməliyyatların sayı isə 7,879 milyon vahid təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə XÖHKS əməliyyatlarının həcmi 523 milyon manat və ya 11,7% azalıb, əməliyyatların sayı isə 7,062 milyon vahid və ya 47,3% aşağı düşüb.
Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin mart ayında sistem vasitəsilə aparılmış əməliyyatların həcmi 4,457 milyard manat, sayı isə 14,941 milyon vahid olub.
Eyni zamanda, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq ümumilikdə 22 milyon 409 min ədədə çatıb.