Azərbaycanda ticarət sektoruna verilmiş biznes kreditləri 4,1 milyard manatı keçib

Azərbaycanda ticarət sektoruna verilmiş biznes kreditləri 4,1 milyard manatı keçib

BANK
441

2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların ticarət müəssisələri üzrə biznes kredit portfeli 4,136 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 82 milyon manat və ya 1,9 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 112 milyon manat və ya 2,6 % azalıb. Belə ki, ticarət müəssisələri üzrə banklar tərəfindən verilmiş biznes kreditlərinin həcmi 2026-cı ilin yanvarın 1-nə 4,218 milyard manat, ötən ilin fevralın 1-nə isə 4,248 milyard manat olub.

Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 29,980 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2 % və ya 15,949 milyard manat, istehlak kreditləri 31,4 % və ya 9,426 milyard manat, ipoteka kreditləri isə 15,4 % və ya 4,605 milyard manat paya malik olub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ticarət sektoruna verilmiş biznes kreditləri 4,1 milyard manatı keçib — Fins.az — Fins.az