Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları həm illik, həm də aylıq artıb

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları həm illik, həm də aylıq artıb

BANK
481

2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları sənaye və istehsal sektoruna 1,674 milyard manat kredit ayırıblar.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 65,6 milyon manat və ya 4,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 173,8 milyon manat və ya 11,6 % artım göstərib.

Eyni zamanda, real sektora ümumi kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9 %, illik müqayisədə isə 2,6 milyard manat və ya 9,3 % artım deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları həm illik, həm də aylıq artıb — Fins.az — Fins.az