Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

BANK
272

2026-cı il mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən sənaye və istehsal sektoruna yönəldilmiş kreditlərin həcmi 1,706 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 15,2 milyon manat və ya 0,9 faiz artıb.

İllik müqayisədə isə sənaye və istehsal sektoruna kredit qoyuluşlarının həcmi 82,1 milyon manat və ya 5,1 faiz yüksəlib.

Məlumata əsasən, 2026-cı il mayın 1-nə Azərbaycanda real sektora yönəldilmiş kredit portfelinin ümumi həcmi 33,246 milyard manata çatıb.

Bu göstərici aprelin əvvəli ilə müqayisədə 314 milyon manat və ya 0,9 faiz, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,4 faiz artım nümayiş etdirib.

Beləliklə, həm sənaye və istehsal sektoruna, həm də ümumilikdə real iqtisadiyyata yönəldilən kreditlərin həcmi artım tendensiyasını davam etdirərək biznes fəaliyyətinin maliyyələşdirilməsində bank sektorunun rolunun gücləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az