Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

BANK
237

2026-cı ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,698 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 14,8 milyon manat və ya 0,9% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 79 milyon manat və ya 4,9% artım nümayiş etdirir.

Ümumilikdə, martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,564 milyard manat təşkil edir. Bu göstərici aylıq müqayisədə 0,4% artım, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az