Azərbaycanda sahibkar kreditlərinin böyük hissəsi onlayn rəsmiləşdirilib - Cavid Mirzəyev

Azərbaycanda sahibkar kreditlərinin böyük hissəsi onlayn rəsmiləşdirilib - Cavid Mirzəyev

BANK
308

2025-ci ildə mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik və orta sahibkarlar isə 39%-ni onlayn şəkildə rəsmiləşdirib.

Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankın sahibkarlara xidmət edən platforması Birbank Biznes-in müştərilərinin sayı 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb. Bu müştərilərin 169 000 nəfəri mikro sahibkarlıqla məşğuldur.

C.Mirzəyev bildirib ki, bu artım sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlərin təqdim olunması ilə bağlıdır.

“Xüsusən əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib”, – deyə o vurğulayıb.

O əlavə edib ki, kiçik və orta biznes və korporativ seqment üzrə müştərilər bank köçürmələri və ödənişlərinin 98%-ni Birbank Biznes üzərindən həyata keçirirlər.

Bank rəsmisi qeyd edib ki, Birbank Biznes platforması sahibkarların inkişafına dəstək məqsədilə müxtəlif sosial layihələr də həyata keçirir.

“Biz il ərzində sahibkarların sosiallaşması və yeni biliklər qazanması üçün bir çox təşəbbüslər reallaşdırırıq. Xüsusən xanım sahibkarların inkişafı prioritet istiqamətlərimizdəndir. Bu çərçivədə ‘Hər işdə birinci qadınlar’ yarmarkası və VISA ilə birgə həyata keçirdiyimiz ‘She is next’ layihəsini qeyd edə bilərəm”, – deyə o bildirib.

C.Mirzəyev əlavə edib ki, ötən il Gəncə şəhərində Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə yüzlərlə sahibkar öz məhsullarını təqdim edib və müxtəlif təlimlərdə iştirak edib.

O qeyd edib ki, Visa və Birbank Biznes tərəfindən Azərbaycanda xanımlar üçün ilk birgə ko-brend biznes kartı olan “She’s Next” kartı da istifadəyə verilib. Bu kart sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sahibkar kreditlərinin böyük hissəsi onlayn rəsmiləşdirilib - Cavid Mirzəyev — Fins.az — Fins.az