Azərbaycanda real vaxt hesablaşmaları artıb: əməliyyatların həcmi və sayı yüksəlib

Azərbaycanda real vaxt hesablaşmaları artıb: əməliyyatların həcmi və sayı yüksəlib

BANK
268

2026-cı ilin fevral ayında Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə həyata keçirilən əməliyyatların ümumi həcmi 77,4 milyard manat, əməliyyatların sayı isə 181,9 min ədəd təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi 35,33 milyard manat və ya 3%-dən çox, sayı isə 12,9 min ədəd və ya 7,6% artıb.

Qeyd edilib ki, ötən ilin fevral ayında bu sistem vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 42,07 milyard manat, sayı isə 169 min ədəd olub.

Eyni zamanda, fevral ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və Azərpoçt vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda real vaxt hesablaşmaları artıb: əməliyyatların həcmi və sayı yüksəlib — Fins.az — Fins.az