Azərbaycanda qiymət artımı ilə bağlı yeni proqnoz açıqlanıb - ING Group

Azərbaycanda qiymət artımı ilə bağlı yeni proqnoz açıqlanıb - ING Group

BANK
354

Niderlandın ING Group şirkətinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,4 faiz və 4,6 faiz səviyyəsində olacağı gözlənilir.

Fins.az xəbər verir ki, əvvəlki hesabatda 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozları müvafiq olaraq 5 faiz və 8,9 faiz səviyyəsində göstərilmişdi.

Proqnoza görə, 2026-cı il üzrə rüblük inflyasiya göstəriciləri belə olacaq: birinci rübdə 6 faiz, ikinci rübdə 5,7 faiz, üçüncü rübdə 5,1 faiz, dördüncü rübdə isə 4,9 faiz.

2027-ci ildə isə inflyasiyanın birinci rübdə 4,4 faiz, ikinci rübdə 4,5 faiz, üçüncü rübdə 4,7 faiz, dördüncü rübdə isə 4,9 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin eyni ayı ilə müqayisədə 105,7 faiz təşkil edib. Bu dövrdə ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-ərzaq malları üzrə 103,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 105,6 faiz artım qeydə alınıb.

Məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,5 faiz olub. Həmin dövrdə ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət indeksi əvvəlki ayla müqayisədə 101,3 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qiymət artımı ilə bağlı yeni proqnoz açıqlanıb - ING Group — Fins.az — Fins.az