Azərbaycanda qeyri-işlək kreditlər 763 milyon manata yüksəlib

Azərbaycanda qeyri-işlək kreditlər 763 milyon manata yüksəlib

BANK
458

2025-ci il ərzində Azərbaycanın bank sektoru üzrə 223 milyon manat məbləğində kredit silinməsi baş verib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, silinmələr əsasən istehlak kreditləri portfeli üzrə qeydə alınıb. Belə ki, dövr ərzində silinmələrin 60,9%-i və ya 135,8 milyon manatı istehlak kreditləri, 37,8%-i və ya 84,2 milyon manatı isə biznes kreditləri üzrə olub.

Bununla yanaşı, bank sektorunda qeyri-işlək kredit portfelinin həcmi 16,4% və ya 107 milyon manat artaraq 763 milyon manat təşkil edib.

Artım əsasən istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində 54 milyon manat artımla izah olunur. İpoteka kreditləri üzrə isə 5 milyon manat azalma qeydə alınıb.

Nəticədə, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı yarımil ərzində 0,1 faiz bəndi artaraq 2,5%-ə yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-işlək kreditlər 763 milyon manata yüksəlib — Fins.az — Fins.az