
Azərbaycanda POS-terminallar üzrə əməliyyat sayı artıb
2026-cı ilin mart ayında Azərbaycanda POS-terminallar vasitəsilə aparılmış nağdsız əməliyyatların sayı rekord səviyyəyə yüksələrək 7,364 milyon əməliyyat, ümumi məbləği isə 201 milyon manat təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə POS-terminallar üzrə əməliyyatların sayı 2,298 milyon və ya 45,4% artıb, əməliyyatların həcmi isə 43 milyon manat və ya 27,2% azalıb.
Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin mart ayında POS-terminallar vasitəsilə aparılmış əməliyyatların sayı 5,066 milyon, ümumi məbləği isə 158 milyon manat təşkil edib.
Eyni zamanda, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq ümumilikdə 22 milyon 409 min ədədə çatıb.