Azərbaycanda ödəniş kartlarının sayı 10% artıb

Azərbaycanda ödəniş kartlarının sayı 10% artıb

BANK
361

2026-cı ilin mart ayının sonuna Azərbaycanda bank sistemi və Azərpoçt MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 minə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata əsasən, ödəniş kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım göstərib. Statistikaya görə, debet kartlarının sayı 12% artdığı halda, kredit kartlarının sayı 9% azalıb.

Qeyd olunub ki, kart sayındakı artım nağdsız ödənişlərin genişlənməsinə müsbət təsir edib. Belə ki, 2026-cı ilin mart ayında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46% artıb.

Eyni zamanda, hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 9,560 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ödəniş kartlarının sayı 10% artıb — Fins.az — Fins.az