Azərbaycanda milli pul nişanlarının reproduksiyasını tənzimləyən yeni qaydalar təsdiq edilib

Azərbaycanda milli pul nişanlarının reproduksiyasını tənzimləyən yeni qaydalar təsdiq edilib

BANK
393

Azərbaycanda milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minib.

Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir. Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda milli pul nişanlarının reproduksiyasını tənzimləyən yeni qaydalar təsdiq edilib — Fins.az — Fins.az