Azərbaycanda MasterCard kartları ilə əməliyyatların həcmi azalıb

Azərbaycanda MasterCard kartları ilə əməliyyatların həcmi azalıb

BANK
309

Fins.az – 2026-cı ilin may ayının sonuna olan məlumata əsasən, Azərbaycanın rezident maliyyə institutları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) tərəfindən emissiya edilmiş MasterCard kartları vasitəsilə 78,825 milyon əməliyyat həyata keçirilib. Bu əməliyyatların ümumi həcmi 4,492 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib.

Məlumata görə, ötən ilin may ayı ilə müqayisədə MasterCard kartları ilə aparılan əməliyyatların sayı 1,479 milyon və ya 1,9% artsa da, əməliyyatların həcmi 488 milyon manat və ya 9,8% azalıb.

AMB-nin məlumatına əsasən, may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 minə çatıb.

Mərkəzi Bank bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12% artıb. Həmin dövrdə debet kartlarının sayı 13% yüksəldiyi halda, kredit kartlarının sayı 3% azalıb.

AMB qeyd edib ki, ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə də müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda MasterCard kartları ilə əməliyyatların həcmi azalıb — Fins.az — Fins.az