Azərbaycanda MasterCard əməliyyatlarının sayı 74,7 milyon olub

Azərbaycanda MasterCard əməliyyatlarının sayı 74,7 milyon olub

BANK
226

2026-cı ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış MasterCard ödəniş kartları vasitəsilə 74,694 milyon əməliyyat həyata keçirilib və əməliyyatların ümumi məbləği 4,444 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 8,355 milyon və ya 12,6 faiz artıb, əməliyyatların məbləği isə 246 milyon manat və ya 5,2 faiz azalıb.

Eyni dövr üzrə qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış MasterCard kartları ilə aparılmış əməliyyatların sayı 487 min, əməliyyatların məbləği isə 49,9 milyon manat təşkil edib. Rezident kartlarla əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan, qeyri-rezident kartlarla əməliyyatlar isə xarici maliyyə institutlarının kartlarından istifadə edilməklə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda MasterCard əməliyyatlarının sayı 74,7 milyon olub — Fins.az — Fins.az