Azərbaycanda kredit portfeli 32,6 milyard manata yüksəlib

Azərbaycanda kredit portfeli 32,6 milyard manata yüksəlib

BANK
159

2026-cı ilin mayın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə ümumi kredit qoyuluşlarının həcmi 32,632 milyard manat təşkil edib. Hesabat dövründə vaxtı keçmiş kreditlərin məbləği isə 614,2 milyon manat olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kredit portfelinin 28,3 milyard manatı milli valyutada verilmiş kreditlərin payına düşüb. Manatla təqdim olunmuş kreditlərin 514,1 milyon manatının ödəmə müddəti keçib.

Məlumata görə, kredit qoyuluşlarının 4,351 milyard manatı xarici valyutada verilmiş kreditlərdən ibarət olub. Xarici valyutada olan kreditlərin isə 100,1 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyutada kredit qoyuluşları 2,7 milyard manat və ya 10,7% artıb. Xarici valyutada kreditlərin həcmi isə 5,6 milyon manat və ya 0,1% yüksəlib.

Kredit portfelinin strukturuna nəzər saldıqda, milli valyutada verilmiş kreditlərin 4,594 milyard manatının qısamüddətli, 23,687 milyard manatının isə uzunmüddətli kreditlər olduğu görünür.

Eyni zamanda, xarici valyutada olan kreditlərin 1,393 milyard manatı qısamüddətli, 2,958 milyard manatı isə uzunmüddətli kreditlərdən ibarətdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kredit portfeli 32,6 milyard manata yüksəlib — Fins.az — Fins.az