
Azərbaycanda kredit kartı əməliyyatları 714 milyon manata çatıb
2026-cı ilin mart ayında Azərbaycanda kredit kartlarından istifadə olunmaqla aparılan əməliyyatların sayı 13,329 milyon, ümumi həcmi isə 714 milyon manat təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2025-ci ilin mart ayı ilə müqayisədə kredit kartları ilə aparılan əməliyyatların sayı 2,354 milyon və ya 21,4% azalıb, əməliyyatların ümumi həcmi isə 6 milyon manat və ya 0,8% aşağı düşüb.
Müqayisə üçün qeyd edilir ki, 2025-ci ilin mart ayında kredit kartları ilə aparılan əməliyyatların sayı 10,975 milyon, ümumi həcmi isə 708 milyon manat olub.
Eyni zamanda, fevral ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq ümumilikdə 22 milyon 409 min ədədə çatıb.