Azərbaycanda kart əməliyyatlarında fırıldaqçılıq dinamikası açıqlanıb

Azərbaycanda kart əməliyyatlarında fırıldaqçılıq dinamikası açıqlanıb

BANK
380

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin birinci rübündə ödəniş kartları ilə bağlı ölkədaxili və ölkəxarici fırıldaqçılıq halları üzrə statistik göstəriciləri açıqlayıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350 min 492 manat məbləğində 4 995 fırıldaqçılıq halı qeydə alınıb.

Məlumata görə, ölkədaxili fırıldaqçılıq halları 2025-ci ilin IV rübü ilə müqayisədə dəyər ifadəsində 24,3% azalsa da, əməliyyatların sayı 47,5% artıb.

Eyni zamanda, 2026-cı ilin I rübündə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının ümumi dəyəri ötən ilin son rübü ilə müqayisədə 12,2% azalaraq 325 min 335 manat təşkil edib. Bununla yanaşı, fırıldaqçılıq hallarının sayı 10,7% artaraq 6 020-yə yüksəlib.

AMB-nin hesabatına əsasən, ölkədaxili fırıldaqçılıq hallarının 21,4%-i hesabın ələ keçirilməsi, 78,6%-i isə digər üsullarla bağlı olub.

Ölkəxarici kart fırıldaqçılığı hallarının isə 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlarla, 39,8%-i isə digər hallarla əlaqələndirilib.

Hesabat dövründə ölkədaxili fırıldaqçılığın 98,3%-i elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Digər hallar isə 1,7% təşkil edib.

Ölkəxarici fırıldaqçılıq əməliyyatlarında da əsas pay onlayn əməliyyatların üzərinə düşüb. Belə ki, halların 80,6%-i elektron ticarət və mobil tətbiqlər vasitəsilə, 19,4%-i isə digər üsullarla həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kart əməliyyatlarında fırıldaqçılıq dinamikası açıqlanıb — Fins.az — Fins.az