Azərbaycanda iqtisadiyyatına kredit qoyuluşları 32,3 milyard manata çatıb

Azərbaycanda iqtisadiyyatına kredit qoyuluşları 32,3 milyard manata çatıb

BANK
199

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları tərəfindən iqtisadiyyata yönəldilmiş ümumi kredit qoyuluşunun həcmi 32,313 milyard manat təşkil edib.

Fina.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, kredit qoyuluşlarının həcmi bir ay əvvələ nisbətən 310,4 milyon manat və ya 1%, 2025-ci ilin aprelin 1-i ilə müqayisədə isə 2,6 milyard manat və ya 8,9% artım göstərib.

Hesabat dövründə dövlət banklarının iqtisadiyyata kredit qoyuluşu 7,973 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 85,5 milyon manat və ya 1,1%, illik müqayisədə isə 697,5 milyon manat və ya 9,6% artım deməkdir.

Özəl banklar tərəfindən iqtisadiyyata yönəldilən kreditlərin həcmi 22,317 milyard manat təşkil edib ki, bu da bir ay əvvələ nisbətən 86 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,7 milyard manat və ya 8,3% çoxdur.

Eyni zamanda, 2026-cı ilin aprelin 1-nə qeyri-bank kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 2,023 milyard manat olub. Bu isə aylıq müqayisədə 138,9 milyon manat və ya 7,4%, illik müqayisədə isə 220,3 milyon manat və ya 12,2% artımın qeydə alındığını göstərir.

Qeyd olunur ki, ümumi kredit qoyuluşunda dövlət banklarının payı 24,7%, özəl bankların payı 69,1%, bank olmayan kredit təşkilatlarının payı isə 6,3% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...