Azərbaycanda inflyasiya 2026-cı ildə 6% olacaq - BVF

Azərbaycanda inflyasiya 2026-cı ildə 6% olacaq - BVF

BANK
324

2026-cı ildə Azərbaycanda inflyasiyanın 2025-ci ildəki 5,6% ilə müqayisədə 6% səviyyəsində olacağı proqnozlaşdırılır.

Fins.az bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən xəbər verir ki, 2027-ci ildə ölkədə inflyasiyanın 5,1%-ə qədər azalacağı gözlənilir ki, bu da qiymət artım tempində yumşalma meyillərini göstərir.

Eyni zamanda qeyd olunub ki, Dövlət Statistika Komitəsi məlumatına əsasən, 2026-cı ilin yanvar-mart aylarında orta illik inflyasiya 5,7% təşkil edib.

Azərbaycan Mərkəzi Bankı isə baza ssenariyə əsaslanaraq 2026 və 2027-ci illərin sonuna inflyasiyanın hədəf daxilində qalacağı proqnozunu dəyişməz saxlayıb. Lakin son makroiqtisadi meyillərin təhlili 2026-cı il üzrə inflyasiya proqnozunun artma istiqamətində reviziya ehtimalını da gündəmə gətirib.

Mərkəzi Bankın açıqlamasına görə, 2026-cı ilin fevral ayında 12 aylıq inflyasiya 5,7% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 6,8%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,7% təşkil edib. Baza inflyasiya 5,6% səviyyəsində qeydə alınıb.

Qurum bildirir ki, inflyasiya əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda inflyasiya 2026-cı ildə 6% olacaq - BVF — Fins.az — Fins.az