
Azərbaycanda güzəştli kreditləşmə kəskin artıb
Bu ilin yanvar-iyun aylarında sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 mln. manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəricisindən 47,2% çoxdur.
Ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 546 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 36,6 mln. manat kredit ayrılıb.
(c)APA