
Azərbaycanda ev təsərrüfatlarının kredit portfeli 11,6% artıb
2026-cı ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına yönəldilmiş kreditlərin həcmi 19,362 milyard manat olub.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 164,6 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard manat və ya 11,6% artıb.
Ümumilikdə real sektora kredit qoyuluşlarının həcmi 32,932 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, illik müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.