
Azərbaycanda əhalisi ən çox kredit alan bölgəsi hansıdır ?-RAYONLAR VƏ MƏBLƏĞLƏR
Mərkəzi Bank bölgələr üzrə kredit göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, hesabata görə, paytaxt Bakıda 11 milyard 421,2 milyon manatlıq kredit müqaviləsi bağlanıb.
İqtisadi rayonlar üzrə statistika belədir:
Aran – 709,3 milyon manat
Gəncə-Qazax – 588,6 milyon manat
Abşeron – 491,2 milyon manat
Lənkəran – 248,5 milyon manat
Şəki-Zaqatala – 200,7 milyon manat
Quba-Xaçmaz – 199,3 milyon manat
Naxçıvan – 186,8 milyon manat
Dağlıq Şirvan – 64,5 milyon manat
Yuxarı Qarabağ – 59,1 milyon manat.
Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəriciləri hesabatda yer almır.
Qeyd edək ki, Mərkəzi Bankın 2020-ci il iyulun 1-nə yayımladığı göstəricilərə görə kreditlər 14 milyard 169,8 milyon manat təşkil edib.