Azərbaycanda əhalinin problemli kreditləri ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda əhalinin problemli kreditləri ilə bağlı YENİ XƏBƏR

BANK
737

Bakı 28 dekabr Fins.az

2020-ci ilin Noyabr ayında Azərbaycanın kredit təşkilatlarındakı ödəmə vaxtı keçmiş kreditlərin (problemli kreditlər) məbləği 83 milyon 607 min manat və ya 8,3% azalaraq 922 milyon 916 min manata düşüb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumata görə,oktyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 6 milyon 523 min manat, 2019-cu ilin sonunda isə 1 milyard 273 milyon 7 min manat təşkil etmişdi. Təxminən son 5 ildə ilk dəfə ödəmə vaxtı keçmiş kreditlərin məbləği  1 milyard manatdan aşağı düşüb. Sonuncu dəfə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard manat səviyyəsindən aşağı 2014-cü ilin Dekabr ayında qeydə alınmışdı.

Problemli kreditlər cari ilin 11 ayı ərzində 350 milyon 151 min manat azalıb.

2020-ci ilin Noyabr  ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında (14 milyard 681 milyon 276 min manat) xüsusi çəkisi 6,3% təşkil edib. Oktyabr ayının sonunda bu nisbət 6,8%, 2019-cu ilin sonunda isə 8,3% idi.

Qeyd edək ki, Oktyabr ayının sonu ilə müqayisədə  Noyabr  ayında cəmi kredit qoyuluşları 104 milyon 664 min manat azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əhalinin problemli kreditləri ilə bağlı YENİ XƏBƏR — Fins.az — Fins.az