Azərbaycanda əhalinin borc yükü artıb

Azərbaycanda əhalinin borc yükü artıb

BANK
235

Əhalinin sərəncamda qalan gəlirlərində artım dinamikası müşahidə olunsa da, borc yükünün bu gəlirlərdəki payında yüksəliş qeydə alınıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki,əhalinin borc yükünün sərəncamda qalan gəlirlərə nisbəti 2025-ci ilin eyni dövründə 2024-cü ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4% təşkil edib. Bu göstərici fiziki şəxslərin kredit öhdəliklərinin gəlirlərə nisbətində artım olduğunu göstərir.

Bununla yanaşı, ipoteka portfeli üzrə qeyri-işlək kredit (QİK) göstəricisində müsbət dinamika müşahidə olunub və əmsal son illərin ən aşağı səviyyəsinə düşüb.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin sonuna ipoteka portfeli üzrə qeyri-işlək kreditlərin nominal həcmi 14,3% azalaraq 29,1 milyon manat təşkil edib. Bu, 4,9 milyon manatlıq azalma deməkdir.

Eyni zamanda ipoteka portfelində qeyri-işlək kreditlərin payı 0,2 faiz bəndi azalaraq 0,6%-ə enib. Dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə QİK əmsalı 0,1%, bankların öz vəsaitləri hesabına verilmiş kreditlər üzrə isə 1,3% səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, əhalinin borc yükü fiziki şəxslərin bank və bank olmayan kredit təşkilatları qarşısında istehlak və ipoteka kreditləri üzrə qalıq borclarının ümumi həcmini ifadə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əhalinin borc yükü artıb — Fins.az — Fins.az