Azərbaycanda dayanıqlı maliyyəyə ayrılan vəsait açıqlanıb

Azərbaycanda dayanıqlı maliyyəyə ayrılan vəsait açıqlanıb

BANK
322

Ötən il Azərbaycan bank sektoru “yaşıl layihələr”in maliyyələşdirilməsinə 371 milyon manat vəsait ayırıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dayanıqlı maliyyə hesabatında məlumat verilib.

Qeyd edilib ki, COP29 çərçivəsində Azərbaycan bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə ümumilikdə 2 milyard manat ayırmağı planlaşdırır.

Məlumata əsasən, 2025-ci ildə yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə müvafiq olaraq 344 milyon manat, dayanıqlılıq yönümlü digər layihələrə isə 27 milyon manat vəsait ayrılıb.

Vurğulanıb ki, verilən kreditlərin əsas hissəsi yaşıl nəqliyyat və dayanıqlı kənd təsərrüfatı sahələrinə yönəldilib.

Eyni zamanda qeyd olunub ki, enerji səmərəliliyi və su resurslarının idarə olunması kimi sahələrdə maliyyələşmə həyata keçirilsə də, bəzi istiqamətlər üzrə kreditlərin həcmi nisbətən aşağı olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...