Azərbaycanda bu tələbələrə təqaüd kartları veriləcək

Azərbaycanda bu tələbələrə təqaüd kartları veriləcək

BANK
443

Bakı, 10 dekabr Fins.az

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) dövlət sifarişi əsasında qəbul olunan 1-ci kurs tələbələrinə təqaüd kartları veriləcək. “ADDA”-dan fins.az-a verilən məlumata görə, daimi qeydiyyatı respublikanın bölgələrində olan bütün 1-ci kurs tələbələri təqaüd kartlarını rayon mərkəzlərindəki “Kapital Bank” filiallarından əldə edə biləcəklər. 

“Artıq mühasibatlıq tərəfindən tələbələrin siyahısı banka təqdim edilib və kartlar hazır olan kimi xüsusi poçt vasitəsilə müvafiq rayon filiallarına göndəriləcək.Tələbələr gələn həftədən başlayaraq öz rayon mərkəzlərindəki qeyd olunan bankın filialları ilə əlaqə saxlaya bilərlər. Bakı, Sumqayıt, Xırdalan şəhəri və Abşeron rayon qeydiyyatında olan tələbələr kartlarını bankın Səbail filialından əldə edə bilərlər”, - məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bu tələbələrə təqaüd kartları veriləcək — Fins.az — Fins.az