Azərbaycanda BKM əməliyyatlarının sayı artıb, məbləğ sabit qalıb

Azərbaycanda BKM əməliyyatlarının sayı artıb, məbləğ sabit qalıb

BANK
204

2026-cı ilin fevral ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 15,7 min ödəniş əməliyyatı emal edilib və əməliyyatların ümumi məbləği 1,8 milyon avro təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı təxminən 800 vahid və ya 5,4% artıb. Bununla belə, əməliyyatların ümumi məbləği dəyişməyərək 1,8 milyon avro səviyyəsində sabit qalıb.

Ötən ilin fevral ayında da oxşar göstəricilər qeydə alınıb – 14,9 min əməliyyat və 1,8 milyon avro həcmində dövriyyə. Bu isə bazarda əməliyyat sayının artmasına baxmayaraq orta əməliyyat dəyərinin sabit qaldığını göstərir.

Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən əsas maliyyə infrastrukturudur. Sistem banklar arasında ödənişlərin düzgün ötürülməsi, təsdiqlənməsi və yekun icrasını təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda BKM əməliyyatlarının sayı artıb, məbləğ sabit qalıb — Fins.az — Fins.az