Azərbaycanda biznes kreditlərində restrukturizasiya azalıb

Azərbaycanda biznes kreditlərində restrukturizasiya azalıb

BANK
300

Azərbaycanda restrukturizasiya olunmuş kredit portfelində azalma müşahidə olunub.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci il ərzində restrukturizasiya olunmuş kredit portfelinin həcmi 14% və ya 154 milyon manat azalaraq 0,95 milyard manat təşkil edib.

Azalmanın əsas hissəsi biznes kreditləri üzrə qeydə alınıb. Məlumata görə, biznes portfeli üzrə restrukturizasiya olunmuş kreditlər 290 milyon manat azalıb. Bunun əksinə olaraq, istehlak kreditləri üzrə restrukturizasiya olunmuş kreditlərdə 135 milyon manat artım müşahidə edilib.

İpoteka kreditləri üzrə isə restrukturizasiya olunmuş portfeldə ciddi dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, restrukturizasiya olunmuş kredit portfeli borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən müştərilərə banklar tərəfindən daha əlverişli şərtlərlə təqdim edilən kreditlərin ümumi həcmini ifadə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda biznes kreditlərində restrukturizasiya azalıb — Fins.az — Fins.az