Azərbaycanda bankların ümumi gəlirləri üzrə RENKİNQİ - I RÜB/2026

Azərbaycanda bankların ümumi gəlirləri üzrə RENKİNQİ - I RÜB/2026

BANK
436

2026-cı ilin I rübü üzrə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri açıqlanıb.

Fins.az xəbər verir ki, bank sektoru üzrə ən yüksək ümumi gəlir “Kapital Bank”da qeydə alınıb. Bankın ümumi gəlirləri 471,855 milyon manat təşkil edib.

İkinci yerdə 430,131 milyon manat ümumi gəlirlə Azərbaycan Beynəlxalq Bankı (ABB) qərarlaşıb. Üçüncü sırada isə 201,166 milyon manat ümumi gəlirlə PAŞA Bank yer alıb.

Daha sonra siyahıda UniBank 105,183 milyon manat, Bank Respublika 86,752 milyon manat, AccessBank 73,884 milyon manat və Xalq Bank 61,124 milyon manat ümumi gəlirlə davam edib. Bank of Baku 56,882 milyon manat, Yelo Bank 53,385 milyon manat, Rabitəbank 49,394 milyon manat və Azər-Türk Bank 46,568 milyon manat gəlir əldə edib.

TuranBankın ümumi gəlirləri 34,493 milyon manat, Ziraat Bankın 31,166 milyon manat, Expressbankın 26,698 milyon manat, Yapı Kredi Bankın 21,824 milyon manat, Azərbaycan Sənaye Bankının isə 14,965 milyon manat olub.

Aşağı göstəricilərlə Premium Bank 14,476 milyon manat, AFB Bank 13,414 milyon manat, VTB Bank 12,368 milyon manat və Avrasiya Bank 5,093 milyon manat ümumi gəlir əldə edib.

Ən aşağı ümumi gəlir isə Bank Melli İran Bakı filialında qeydə alınıb və 3,436 milyon manat təşkil edib.

Bankların ümumi gəlirləri (I rüb 2026)

Bankın adı

Ümumi gəlir (min manat)

1

Kapital Bank

471,855.00

2

ABB

430,130.75

3

PAŞA Bank

201,166.00

4

UniBank

105,183.27

5

Bank Respublika

86,751.90

6

AccessBank

73,884.00

7

Xalq Bank

61,124.10

8

Bank of Baku

56,881.81

9

Yelo Bank

53,384.83

10

Rabitə Bank

49,393.65

11

Azər-Türk Bank

46,568.00

12

Turan Bank

34,493.00

13

Ziraat Bank

31,165.70

14

Expressbank

26,697.52

15

Yapı Kredi Bank

21,824.02

16

Azərbaycan Sənaye Bankı

14,965.19

17

Premium Bank

14,476.00

18

AFB Bank

13,414.06

19

VTB Bank

12,367.84

20

Avrasiya Bank

5,093.01

21

Bank Melli İran

3,435.85

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların ümumi gəlirləri üzrə RENKİNQİ - I RÜB/2026 — Fins.az — Fins.az