Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli artıb

Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli artıb

BANK
350

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli 2,754 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 16,2 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42,7 milyon manat və ya 1,6% artım göstərib.

Məlumata əsasən, 2026-cı ilin martın 1-nə sənaye sektoru üzrə kredit portfeli 2,738 milyard manat, 2025-ci ilin aprelin 1-nə isə 2,711 milyard manat təşkil edib. Bu isə sektorda kreditləşmənin stabil artım dinamikasını göstərir.

Ümumilikdə, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Portfelin strukturunda biznes kreditləri 53,5% (16,215 milyard manat), istehlak kreditləri 31,3% (9,491 milyard manat), ipoteka kreditləri isə 15,2% (4,585 milyard manat) paya malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli artıb — Fins.az — Fins.az