Azərbaycanda bankların aktivlərinin həcmi üzrə RENKİNQİ - I RÜB/2026

Azərbaycanda bankların aktivlərinin həcmi üzrə RENKİNQİ - I RÜB/2026

BANK
553

2026-cı ilin I rübü üzrə Azərbaycanda fəaliyyət göstərən banklar arasında aktivlərinin həcminə görə ən yüksək göstərici Azərbaycan Beynəlxalq Bankında (ABB) qeydə alınıb.

Fins.az xəbər verir ki, ABB-nin aktivlərinin həcmi 14,311 milyard manat təşkil edib.

İkinci yerdə 11,801 milyard manat aktivlə Kapital Bank qərarlaşıb. Üçüncü sırada isə 9,048 milyard manat aktivləri ilə PAŞA Bank yer alıb.

Daha sonra siyahıda Xalq Bank 3,020 milyard manat, Bank Respublika 2,640 milyard manat, Azər-Türk Bank 2,200 milyard manat və UniBank 2,197 milyard manat aktivlərlə davam edib. AccessBankın aktivləri 1,771 milyard manat, Yelo Bankın 1,513 milyard manat, Ziraat Bankın 1,443 milyard manat, Rabitəbankın isə 1,395 milyard manat təşkil edib.

Bank of Baku 1,225 milyard manat aktivlə siyahıda növbəti yerlərdə qərarlaşıb. TuranBankın aktivləri 901,279 milyon manat, Azərbaycan Sənaye Bankının 886,388 milyon manat, Yapı Kredi Bankın 789,113 milyon manat, Premium Bankın 666,485 milyon manat, Expressbankın isə 661,973 milyon manat olub.

Daha aşağı göstəricilərlə AFB Bank 482,008 milyon manat, VTB Bank 323,966 milyon manat və Avrasiya Bank 213,948 milyon manat aktivlərlə siyahıda yer alıb.

Ən aşağı aktiv göstəricisi isə Bank Melli İran Bakı filialında qeydə alınıb və 121,080 milyon manat təşkil edib.

Bankların aktivləri (I rüb)

Bankın adı

Aktivlər (min manat)

1

ABB

14,310,691.64

2

Kapital Bank

11,800,951.00

3

PAŞA Bank

9,048,057.00

4

Xalq Bank

3,020,791.17

5

Bank Respublika

2,639,957.15

6

Azər-Türk Bank

2,200,607.00

7

UniBank

2,196,864.47

8

AccessBank

1,771,869.00

9

Yelo Bank

1,512,822.78

10

Ziraat Bank

1,442,705.04

11

Rabitə Bank

1,395,269.33

12

Bank of Baku

1,225,130.63

13

Turan Bank

901,279.00

14

Azərbaycan Sənaye Bankı

886,387.56

15

Yapı Kredi Bank

789,112.59

16

Premium Bank

666,485.00

17

Expressbank

661,973.00

18

AFB Bank

482,007.58

19

VTB Bank

323,965.66

20

Avrasiya Bank

213,947.63

21

Bank Melli İran

121,080.37

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların aktivlərinin həcmi üzrə RENKİNQİ - I RÜB/2026 — Fins.az — Fins.az