Azərbaycanda bankların aktivlərinin dinamikası üzrə RENKİNQİ - II RÜB/2026

Azərbaycanda bankların aktivlərinin dinamikası üzrə RENKİNQİ - II RÜB/2026

BANK
150

2026-cı ilin II rübü üzrə Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin dinamikasına görə renkinq açıqlanıb. Renkinq 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin ikinci rübünün sonuna olan göstəriciləri əks etdirir.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat dövründə aktivlərin artım tempinə görə ilk sırada AFB Bank qərarlaşıb. Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 113,9 milyon manat və ya 26,9% artıb.

İkinci yerdə Bank of Baku yer alıb. Bankın aktivləri 239,1 milyon manat və ya 20,7% artıb. Sonrakı pillələrdə Kapital Bank (1 milyard 950,9 milyon manat, 17,2%), Ziraat Bank Azərbaycan (192,2 milyon manat, 14,1%) və Azərbaycan Beynəlxalq Bankı (ABB) (1 milyard 677,6 milyon manat, 12,3%) qərarlaşıb.

Müsbət dinamika nümayiş etdirən digər banklar arasında Bank VTB (Azərbaycan) (10%), Yapı Kredi Bank Azərbaycan (9,8%), Unibank (8,4%), Azərbaycan Sənaye Bankı (5,9%), Expressbank (5,7%), TuranBank (4,8%), Bank Avrasiya (1,9%), PAŞA Bank (1,2%), Bank Melli İran Bakı filialı (1%) və AccessBank (0,8%) yer alıb.

Hesabat dövründə bəzi banklarda isə aktivlərin azalması müşahidə olunub. Bank Respublika və Rabitəbankın aktivləri hər biri 0,3%, Premium Bankın aktivləri 1,4%, Yelo Bankın aktivləri 2,7%, Azər-Türk Bankın aktivləri 6,4%, Xalq Bankın aktivləri isə 11,1% azalıb. Beləliklə, hesabat dövründə ən böyük nisbi azalma Xalq Bankda qeydə alınıb.

Bankların aktivlərinin dinamikası (31.12.2025 – 30.06.2026)

Bankın adı

31.12.2025 (min manat)

30.06.2026 (min manat)

Dəyişmə (min manat)

Dəyişmə (%)

1

AFB Bank

423,004

536,916

113,912

26,9%

2

Bank of Baku

1,152,476

1,391,562

239,086

20,7%

3

Kapital Bank

11,320,937

13,271,814

1,950,877

17,2%

4

Ziraat Bank Azərbaycan

1,367,735

1,559,974

192,239

14,1%

5

Azərbaycan Beynəlxalq Bankı (ABB)

13,626,903

15,304,532

1,677,629

12,3%

6

Bank VTB (Azərbaycan)

306,222

336,851

30,629

10,0%

7

Yapı Kredi Bank Azərbaycan

792,728

870,732

78,004

9,8%

8

Unibank

2,132,917

2,311,377

178,460

8,4%

9

Azərbaycan Sənaye Bankı

826,188

874,525

48,337

5,9%

10

Expressbank

666,740

704,970

38,230

5,7%

11

TuranBank

907,176

951,015

43,839

4,8%

12

Bank Avrasiya

214,510

218,528

4,018

1,9%

13

PAŞA Bank

9,407,313

9,522,354

115,041

1,2%

14

Bank Melli İran Bakı filialı

120,291

121,532

1,241

1,0%

15

AccessBank

1,770,369

1,785,111

14,742

0,8%

16

Bank Respublika

2,725,544

2,716,925

-8,619

-0,3%

17

Rabitəbank

1,402,300

1,398,522

-3,778

-0,3%

18

Premium Bank

677,669

668,222

-9,447

-1,4%

19

Yelo Bank

1,515,246

1,474,995

-40,251

-2,7%

20

Azər-Türk Bank

2,188,501

2,048,267

-140,234

-6,4%

21

Xalq Bank

3,184,467

2,832,273

-352,194

-11,1%

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankların aktivlərinin dinamikası üzrə RENKİNQİ - II RÜB/2026 — Fins.az