
Azərbaycanda banklar bankomatların sayını 5,8%, pos-terminalların sayını 2,1% artırıb
1 yanvar 2020-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,647 min ədəd bankomat quraşdırılıb ki, bu da ötən analoji dövrünə olan göstəricidən 5,8% çoxdur.
Fins.az xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Dekabrın 31-nə Bakıda 1,421 min ədəd (hesabat dövründə artım 6,9%), bölgələrdə 1,226 min ədəd (artım 4,5%) bankomat quraşdırılıb.
2020-ci il yanvarı 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 67,468 min ədəd təşkil edib ki, bu da 2018 ilin sonuna olan göstəricidən 2,1% çoxdur.
Bununla yanaşı, Bakıda 40,898 min ədəd (artım 5%), regionlarda 26,57 min ədəd (azalma 2,1%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 65,971 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,8%-i quraşdırılıb.