Azərbaycanda bankdan kənara pul köçürmələrinin həcmi artıb

Azərbaycanda bankdan kənara pul köçürmələrinin həcmi artıb

BANK
183

2026-cı ilin fevral ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə bankdan kənara həyata keçirilən köçürmələrin həcmi 38,9 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə ümumilikdə 63,7 min əməliyyat qeydə alınıb.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 22,8 min və ya 26,4% azalsa da, köçürmələrin həcmi 1,8 milyon manat və ya 4,9% artıb.

Eyni zamanda, bir köçürmənin orta məbləği 611,2 manat olub. Bu göstərici 2025-ci ilin fevral ayı ilə müqayisədə 182,6 manat və ya 42,6% çoxdur.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və Azərpoçt MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min karta çatıb. Bu göstərici illik müqayisədə 10% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bankdan kənara pul köçürmələrinin həcmi artıb — Fins.az — Fins.az