Azərbaycanda bank sektorunda təmərküzləşmə azalıb – AMB

Azərbaycanda bank sektorunda təmərküzləşmə azalıb – AMB

BANK
386

2025-ci ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda bank sektorunda aktivlər, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunub.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, beynəlxalq təcrübədə geniş istifadə edilən Herfindahl-Hirschman İndeksi (HHI) üzrə kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 27 vahid azalaraq 1180 təşkil edib. Bu, kredit bazarında təmərküzləşmənin zəiflədiyini göstərir.

Depozit portfeli üzrə HHI göstəricisi isə 147 vahid azalaraq 1506-ya enib. Aktivlər üzrə indeks də 114 vahid azalaraq 1360 səviyyəsində qeydə alınıb. Bu rəqəmlər bank sektorunda ümumi konsentrasiya səviyyəsinin aşağı istiqamətdə dəyişdiyini göstərir.

Mərkəzi Bankın məlumatına görə, hazırkı vəziyyətə əsasən bank sektorunda aktivlər və kredit portfeli üzrə təmərküzləşmə aşağı səviyyədədir. Depozit portfeli üzrə isə göstərici orta təmərküzləşmə sərhədində qiymətləndirilir. Qurum bank sektorunda təmərküzləşmə meyillərinin daim nəzarətdə saxlandığını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank sektorunda təmərküzləşmə azalıb – AMB — Fins.az — Fins.az