Azərbaycanda bank sektorunda dedollarizasiya davam edir – AMB

Azərbaycanda bank sektorunda dedollarizasiya davam edir – AMB

BANK
325

Azərbaycanda bank sektoru üzrə dedollarizasiya trendləri 2025-ci il ərzində də davam edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, kredit portfelinin dollarlaşması 1,9 faiz bəndi azalaraq 14,2 faiz təşkil edib və bu göstərici tarixi minimum səviyyəyə enib.

Məlumata görə, depozit portfelinin dollarlaşması da azalma nümayiş etdirib. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə depozitlərin dollarlaşması 1,9 faiz bəndi azalaraq 35,6 faiz səviyyəsinə düşüb.

Bildirilib ki, fiziki şəxslərin əmanətləri üzrə dedollarizasiya prosesi davam etməkdədir. Hesabat dövründə müddətli depozitlər üzrə dollarlaşma 3,5 faiz bəndi azalaraq 31,4 faiz, tələbli depozitlər üzrə isə 1,4 faiz bəndi azalaraq 31,6 faiz təşkil edib.

Eyni zamanda, hüquqi şəxslərin depozit portfelində fərqli dinamika müşahidə olunub. Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4,7 faiz bəndi artaraq 57,2 faiz səviyyəsinə yüksəlib. Bununla yanaşı, xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin ümumi depozit portfelində payı 2,6 faiz bəndi azalaraq 32,7 faizə enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank sektorunda dedollarizasiya davam edir – AMB — Fins.az — Fins.az