Azərbaycanda bank hesablarının sayı 56,7 milyonu keçdi

Azərbaycanda bank hesablarının sayı 56,7 milyonu keçdi

BANK
335

Fins.az - Bu il aprelin 1-nə Azərbaycanda bank müştəri hesablarının sayı 56 milyon 742 min 626 təşkil edib.

Məlumat Azərbaycan Mərkəzi Bankı-na istinadən açıqlanıb.

Hesabat dövründə bank müştərilərinin ümumi sayı isə 16 milyon 433 min 185 nəfər olub.

Statistikaya əsasən, mövcud hesabların böyük hissəsi cari hesabların payına düşür. Belə ki, 44 milyon 470 min 149 ədəd cari hesab qeydə alınıb.

Bununla yanaşı, kredit hesablarının sayı 11 milyon 523 min 745, depozit hesablarının sayı isə 748 min 732 təşkil edib.

Məlumatlar göstərir ki, ölkədə bank xidmətlərindən istifadə səviyyəsi yüksəlməkdə davam edir və maliyyə sektorunda aktivlik artır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank hesablarının sayı 56,7 milyonu keçdi — Fins.az — Fins.az