Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 600 mln. manatdan çox kompensasiya ödənilib

Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 600 mln. manatdan çox kompensasiya ödənilib

BANK
439

Ölkəmizdə pandemiyanın, sərt karantin rejiminin və hərbi vəziyyətin hökm sürdüyü bir zamanda Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsində bir ilkə imza atıb.

Fins. Az xəbər verir is kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin toplam 23929 əmanətçisinə Fond tarixində ilk dəfə çox qısa zamanda (6 ay ərzində) 600 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilmişdir. Belə ki, bu ilin iyun ayının 16-dan dekabr ayının 1-dək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 8606 əmanətçisinə 228 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilmişdir. Həmçinin, iyun ayının 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15323 əmanətçisinə 372 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92%-i) ödənişi həyata keçirilmişdir. 
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu olaraq bildiririk ki, bağlanmış son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaqdır. Hazırda, qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 600 mln. manatdan çox kompensasiya ödənilib — Fins.az — Fins.az