Azərbaycanda AZIPS-də əməliyyat sayı və dövriyyə artıb

Azərbaycanda AZIPS-də əməliyyat sayı və dövriyyə artıb

BANK
183

2026-cı ilin mart ayında Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 64,987 milyard manat, əməliyyat sayı isə 175,2 min vahid təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyatların həcmi 22,988 milyard manat və ya 54,7%, sayı isə 14,3 min vahid və ya 8,9% artıb.

Ötən ilin mart ayında AZIPS vasitəsilə əməliyyatların həcmi 41,999 milyard manat, sayı isə 160,9 min vahid olub.

Eyni zamanda, mart ayı üzrə bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 62 min artaraq 22 milyon 409 minə çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda AZIPS-də əməliyyat sayı və dövriyyə artıb — Fins.az — Fins.az