Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişlərinin sayı və həcmi artıb

Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişlərinin sayı və həcmi artıb

BANK
348

2025-ci il ərzində ölkədə “Apple Pay” və “Google Pay” vasitəsilə edilən ödənişlərin sayı 2024-cü ilə nisbətən 67%, həcmi isə 66% artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, hesabat dövründə POS-terminallar vasitəsilə həyata keçirilən hər ikinci təmassız ödəniş “ağıllı cihazlar”la aparılıb.

Milli Ödəniş Sistemi (MOS) vasitəsilə işlənən əməliyyatların ümumi həcmi 840,9 milyard manat olub ki, bu da Azərbaycanın ÜDM-inin altı qatına bərabərdir. Gündəlik ödənişlərdə əsas vasitə debet və kredit kartları olub; ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 99,1 milyard manat təşkil edib və 2024-cü illə müqayisədə 26% artım göstərib. Nağdsız dövriyyənin kartlar vasitəsilə payı 67,6% olub ki, bu da 2024-cü ilə nisbətən 3,4 faiz bəndi yüksəliş deməkdir.

Yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda banklar və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 156 min ədəd olub və əvvəlki aydan 176 min ədəd artım qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kartların sayı 11% artıb. Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə 7,6% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişlərinin sayı və həcmi artıb — Fins.az — Fins.az