Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 91,8 % artıb

Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 91,8 % artıb

BANK
946

2023-cü ildə Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 1 054,4 milyon manat olan 587,6 min ədəd əməliyyat aparılıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bunlar 2022-ci illə müqayisədə müvafiq olaraq 91,8 % və 74,2% çoxdur.

Bundan başqa, Milli Ödəniş Sisteminin yeni komponenti olan, 7/24 rejimində fəaliyyət göstərən AÖS-in əhatə dairəsinin və funksionallıqlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasında AÖS vasitəsilə həyata keçirilən əməliyyatların Milli Ödəniş Sistemindəki payının artırılması hədəflənib.

Xatırladaq ki, AÖS-ə banklar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 91,8 % artıb — Fins.az — Fins.az