
Azərbaycanda “American Express” kartları ilə əməliyyatlar azalıb
2026-cı ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları ilə həyata keçirilən əməliyyatların sayı 5,7 min vahid, tranzaksiyaların ümumi həcmi isə 600 min manatdan çox olub.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 800 ədəd və ya 24,7 %, əməliyyatların həcmi isə 100 min manatdan çox və ya 14,3 % azalıb.
Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları üzrə əməliyyatların sayı 1,3 min ədəd, əməliyyatların həcmi isə 800 min manat təşkil edib. Rezident kartlar üzrə əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla aparılan bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla ölkə ərazisində həyata keçirilən tranzaksiyaları əhatə edir.