Azərbaycanda 5 bankın balans kapitalı 150 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın balans kapitalı 150 milyon manatdan çoxdur

BANK
872

Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu il aprelin 1-nə balans kapitalı 150 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 713,204 milyon manat), “Kapital Bank” (906,526 milyon manat), “PAŞA Bank” (720,349 milyon manat),  “Xalq Bank” (479,426 milyon manat) və “Premium Bank” (177,288 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 9-da balans kapitalı 100-150 milyon manat arasında, 11 bankda 100 milyon manatdan azdır. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...