Azərbaycanda 11 bank birgə bankomat şəbəkəsi yaradıb

Azərbaycanda 11 bank birgə bankomat şəbəkəsi yaradıb

BANK
1,194

Bakı, 3 dekabr Fins.az

Beynəlxalq təcrübədə geniş tətbiq olunan “birgə bankomat şəbəkəsi” Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb.

Fins.az xəbər verir ki,bu məqsədlə 11 bankın ("AccessBank" QSC, "AFB Bank" ASC, "Azər-Türk Bank" ASC, "Bank of Baku" ASC, "Expressbank" ASC, "Günay Bank" ASC, "TuranBank" ASC, "Unibank" KB ASC, "Yelo Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Ziraat Bank Azərbaycan" ASC) və “Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb.

 Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət “birgə bankomat şəbəkəsi”ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcəkdir.


Gələcəkdə “birgə bankomat şəbəkəsi”nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 11 bank birgə bankomat şəbəkəsi yaradıb — Fins.az — Fins.az